Keçid linkləri

2025, 27 İyun, Cümə, Bakı vaxtı 02:13

Xamenei nüvə obyektlərinə zərəri kiçildərək İranın ABŞ-yə 'sərt şillə' vurğunu deyir


Xamenei müharibədən sonra ilk dəfə xalqa müraciət etdi
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Xamenei müharibədən sonra ilk dəfə xalqa müraciət etdi

İranın ali dini lideri Əli Xamenei iki gün əvvəl ABŞ-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsin qüvvəyə minməsindən sonra ictimaiyyətə ilk mesajında İsrail üzərində qələbə elan edib.

86 yaşlı Xamenei İsraillə 12 günlük müharibə zamanı ictimaiyyət qarşısına çıxmayıb və yalnız iki videomüraciət yayıb. İyunun 19-da yayımlanan ikinci videomüraciətinin istehsal keyfiyyəti aşağı olduğu üçün onun bunkerdə qeydə alındığı ehtimal olunurdu.

Xameneinin yeni videomüraciəti əvvəlkindən daha yaxşı səs keyfiyyəti ilə fərqlənir. O, iranlıları "saxta sionist rejim üzərində qələbə" münasibətilə təbrik edib və İsrailin İslam Respublikasının zərbələri altında, demək olar, ki, "məğlub və çökdürülmüş" olduğunu iddia edib

O, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə də toxunub. Xamenei bu zərbələr nəticəsində amerikalıların ciddi bir şey edə bilmədiklərini deyib. O, ABŞ-ni həqiqəti gizlətmək üçün zərəri şişirtməkdə ittiham edib.

ABŞ rəsmiləri İranın əsas nüvə obyektlərinə çox ciddi zərərin dəydiyi bildirir. Prezident Donald Tramp bəyan edib ki, bombardman nəticəsində İranın nüvə obyektləri tamamilə məhv edilib.

Bəzi analitiklər ali dini liderin görünməməsinin İran rəhbərliyinin gələcəyi barədə qeyri-müəyyənlikdən xəbər verdiyini deyir. Onlar bildirir ki, bu, ölkənin daxili sabitliyi və Yaxın Şərq üçün təsirləri ilə bağlı fərziyyələri gücləndirir.

12 günlük hərbi əməliyyatlarda İran İsrailə güclü qisas zərbələri endirib. İsrail rəsmiləri bildirib ki, İranın zərbələri nəticəsində 20-dən çox şəxs həlak olub. İsrail isə İranın onlarla yüksəkrütbəli hərbi və elmi personalını məhv edib və bir çox vacib hərbi obyektləri vurub. İran rəsmiləri İsrailin hücumlarında 600-dən çox insanın öldüyünü bildirir. Hər iki tərəfin ölüm sayı ilə bağlı məlumatları müstəqil şəkildə təsdiqlənməyib.

İranın itki sayının daha çox olmasına baxmayaraq, yorğun görünən İranın ali dini lideri ölkəsinin ABŞ üzərində qələbə qazandığını iddia edib. Onun sözlərinə görə, amerikalılar İsraili xilas etmək üçün münaqişəyə qoşulub.

O, ABŞ-nin bu müharibədən heç nə qazanmadığını deyib və İranın Qətərdəki "Əl-Udeyd" hərbi hava bazasına cavab zərbəsini "sərt şillə" adlandırıb.

Xamenei çıxışında ABŞ prezidenti D.Trampın müharibə zamanı İranın "şərtsiz təslim" çağırışına toxunaraq, İranın "heç vaxt" təslim olmayacağını vurğulayıb.

Xameneinin sözlərinə görə, Trampın tələbləri göstərdi ki, İranın düşmənləri Tehranın təslim olması üçün nüvə və raket proqramlarından "bəhanə" kimi istifadə edir.

İran-İsrail savaşı bitdi: 'Yeni Balkan ssenarisi alınmadı'
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00


XS
SM
MD
LG