Münhendəki bir şəxsi evdən Hitler Almaniyası dövründə “degenerativ sənət” (pozucu sənət) nümunəsi damğası vurularaq sahiblərindən müsadirə edilən təxminən 1500 civarında rəsm əsəri aşkar olunub. FOCUS (Almaniya) dünyanın ünlü rəssamlarının- Picassonun, Matisse-in və Chagall-ın da olduğu kolleksiyanın dəyərinin 1 milyard dolları aşacağını söyləyib.
Münhendə 1 milyard dollarlıq xəzinə tapılıb

1
Alman rəssamı Otto Dix-in indiyəcən sənət aləminə məlum olmayan iki rəsmi. 70 ildir itmiş sayılırdılar. Soldakı rəssamın avtoportretidir.

2
Alman rəssamı Franz Marc-ın 'Landşaftda atlar" rəsmi

3
Fransız rəssamı Gustave Courbet-in 'Kənd qızı və keçi" rəsmi

4
Alman rəssamı Ernst Ludwig Kirchner-in indiyəcən sənət aləminə məlum olmayan "Melonxolik qız" rəsmi